-
Baxış87
TK DOMAİN
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 17, 2008 10:55Tk domain almaq istəyənlər , xəbərinardını mütləq oxuyun...
Tk domain vasitəsilə siz saytınızın adını qısalda bilərsiz.Məsələn sizin sayt www.domain.azeriblog.com-dursa siz bu saytın adını qısalda və www.domain.tk edə bilərsiz və bununla da saytınızın adının daha tez yadda qalan olmasına nail olarsız.
Maraqlananlar şərhlə müraciət edə bilərlər.
Şərhlər(1)
Diqqət
-
Baxış42
Rəşad dağli-Aydın Xırdalanlı -"Mənə məlumdur" adlı deyişmə
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 15, 2008 22:40Rəşad dağli-Aydın Xırdalanlı -"Mənə məlumdur" adlı deyişmə təqdim edirəm.Ardından yükləyə bilərsiz...
Şərhlər(0)
Mp3-lər, Meyxana
-
Baxış25
Rəşad dağlıdan "İNSAN DEYİLƏN VARLIQ" adlı super bir meyxana
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 15, 2008 22:26Rəşad dağlıdan "İNSAN DEYİLƏN VARLIQ" adlı super bir meyxana təqdim edirəm.Ardından yükləyə bilərsiz...
Şərhlər(0)
Mp3-lər, Meyxana
-
Baxış22
Azərbaycan dilində "MİLYONÇU" oyununu
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 15, 2008 22:07
Şərhlər(0)
PC Oyunlar
-
Baxış15
Məntiqi təfəkkürün yoxlanması üzrə proqram və test nümunələri
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 15, 2008 10:47Məntiqi təfəkkürün yoxlanması üzrə proqram və test nümunələri.
Nəşrin növü: Kitab. Dərslik Dili : Azərbaycan
Həcmi : (zip) 83.04 kB
Ardından yükləyə bilərsiz...
Şərhlər(0)
Məntiq
-
Baxış12
Elmlə bağlı hikmətli kəlamlar
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 15, 2008 10:40Elmlə bağlı hikmətli kəlamlar təqdim edirəm.
Ardına baxın...
Düşünmədən öyrənmək vaxt itirməkdir.
Konfutsi
Heç bilənlərlə bilməyənlər bir olarmı
Puşkin
Hər bildiyini söyləmə amma hər söylədiyini bil
Marsel Leoni
Yaşayaraq əldə edilən bilik daş üzərinə həkk edilmiş yazı kimidir.
T.Karlayl
Kitablar da dost kimidir, az fəqət yaxşı seçilmiş olmalıdır.
S.J.Harris
Elm bölüşdükcə artan xəzinədir.
Bhartihari
Şərhlər(0)
Aforizmlər
-
Baxış31
Azərbaycana səs verək!!!
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 14, 2008 14:43Vətənimiz Azərbaycana səs verək!!!Daha ətraflı xəbərin ardında...
Bir müddətdi www.thevotenation.com saytında dünyanın ən gözəl ölkəsi seçilir və seçim hələdə davam edir.Sizdən vətənimiz Azərbaycana səs verməyinizi istəyirəm.Səs vermək çox asandır sadəcə www.thevotenation.com saytına daxil olursunuz və Azerbaijan sözünün önundəki Like linkini klikləyirsiniz.6 saatdan bir səs verirsiniz hər dəfə 3 səs vermək haqqınız var.Siz də səs verin!!!İlk 10-luq belədi:1.Türkiye (BVC 2007) 1124453
2.
Serbia 776423
3.
Slovakia 749605
4.
Georgia - Rep. of 745398
5.
Azerbaijan 691659
6.
Germany 664341
7.
United States 628246
8.
Russia 600854
9.
United Kingdom 502264
10.
Greece 429712
Şərhlər(1)
Azərbaycan
-
Baxış18
Türkcə-İngilizcə Lüğət
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 14, 2008 14:12Türkcə-İngiliscə Lüğət proqramı təqdim edirəm.Ardından yükləyə bilərsiz...
Turkcə-İngilizcə lüğətFuksiyalari:1.Yazılan İngiliscə sözü tərcümə edir2.Yazılan sözü səsləndirir3.Yazılan sözu Google axtarış sistemində axtara bilir və nəticələri alt səhifədə göstərir
Şərhlər(0)
Proqramlar
-
Baxış20
Symbian OS 6-7-8---"Bia Eib 3d full version" Oyun
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 13, 2008 15:15Symbian OS 6-7-8 versiyalı telefonlar üçün əla bir oyun təqdim edirəm.Ardından yükləyə bilərsiz
Şərhlər(0)
Mobil dünya
-
Baxış21
Qaraqan-Şeytanın duası
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 13, 2008 14:37Super bir hekayə təqdim edirəm.Oxumağa dəyər...Qaraqan-Şeytanın duası.
Gecənin ən qaranlıq vaxtı idi. Bütün insanlar və qarışqalar öz yuvalarında yatırdılar. İnsansızlıqdan qapısını toz basmış məscid kimsəsiz küçələrin dərin qaranlığında, əbədi sükutunda tənhalıq yuxusunda idi. Qəribə bir bürkü var idi. Bu şəhərin yuxusunda qəribə bir hürkü var idi. Bu şəhər gündüzləri bərbəzəklə bəzənən, süslənən, daranan, gecələri isə bütün süni bəzəklərini çıxarıb yataqlarında uyuyan əsl simalarında eybəcər olan gözəlçələrə bənzəyirdi. Bu şəhər çirkin yağışdan sonra qalan gölməçələrə bənzəyirdi. Heç bir canlı bu dərin sükutu pozmağa cəsarət etməzdi. Amma cəsarətli bir kəs addım səsləri ilə bu sükutu pozdu. Qara libasına bürünmüş bu yad qaranlığa qarışaraq addımlayırdı. Qara uzun paltarı yer ilə sürünür, sanki bütün zülməti özü ilə dartıb aparırdı. Yavaşca məscidin qapısını açdı. Qapı tük ürpədici bir səs çıxardı. Bu məscidin çəkdiyi “ah” idi. Axır ki onu yada salan olmuşdu. Amma bu sevinc “ah”ı bir an içində qəm fəryadına çevrildi. Məscidin qonağı var idi. Amma bu qonağı məscid heç gözləmirdi. Qara uzun libasına bürünmüş qaranlıqdan seçilməyən bu simada qan rəngli iki göz parlayırdı. Bu şeytan idi.
Şeytan məscidin çirkli xalçasına,rəflərdəki toz basmış Qur’anlara, köhnə minbərə baxdı. Bu mənzərə onu dəhşətə gətirdi. Sonuncu dəfə məscidə girəndə yüzlərlə minlərlə müsəlman ona o qədər lənət yağdırmışdı ki, çıxış yolu tapmayıb özünü minarədən atmış və üç gün özünə gələ bilməmişdi. İndi isə boş məscidə baxır və yazığı gəlirdi. Düşmənlərinə yazığı gəlirdi. Bir az irəlilədi, üzünü Qibləyə tutdu və diz çökdü.O özü də bilmirdi nə edirdi. Amma əlacı yox idi. Əllərini açdı və duasına başladı.
“Bismilləhirrahmənirrahim”
“Ey uca və qüdrətli Allah, sənə dua etmədiyim 100000 il oldu. Özün bilirsən sənin rızan üçün necə darıxmışam. Keçmiş vaxtlar yadıma düşür.Cəbrayıl, Mikayıl, İsrafil, Əzrayıl yadıma düşür.
Sənə etdiyim ibadətlər yadıma düşür. Mən sənə hər kəsdən yaxın olmuşdum. Mən xoşbəxt idim. Sonra sən insanı yaratdın. Və mən günaha batdım. Böyük günaha. Məni oradan qovdun. Mənə Cəhənnəmi qismət etdin. Yox,mən tövbə etməyə gəlməmişəm. Sözümüz sözdür. Qiyamət gününə kimi insanları sənin yolundan çıxaracağıma söz vermişdim. Sən də mənə vaxt verdiyini söz vermişdin. Amma indi hər şey başqa cürdür. Əvvəllər mən insanları sənin yolundan çıxara bilirdim. İndi isə heç kəsi yoldan çıxara bilmirəm. Heç kəsi pis yola sala bilmirəm. Çünki insanlar özləri pis yola gedir. Mənə heç ehtiyacları yoxdur. Məni də üzən,kədərləndirən elə budur. Özümü çox lazımsız hiss edirəm. Heç bir işə yaramayan bir məxluq oldum. Həyatımın mənası insanları pis yola çəkmək idi. İndi isə həyatımın mənası itib. Yalvarıram uca Allah mənim bir duamı qəbul et. Yalvarıram dünyaya yaxşı insanlar gətir. Mən də onları yoldan çıxarmağa çalışım. Boş durmayım. Boş durmaqdan ürəyim partlayır. Yalvarıram dünyaya yaxşı insan gətir.”
Qara libaslı bu yad duasını bitirib, göz yaşlarını silib yavaş-yavaş addımlayıb məsciddən çıxdı.
Qara libası yer ilə sürünərək qaranlığa qarışdı və qara libaslı yad zülmətdə yox oldu.
QARAQAN
Şərhlər(0)
Hekayələr
-
Baxış29
Acoustica MP3 Audio Mixer
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 11, 2008 12:23Bu proqram vasiəsilə mahnıları kəsə , ona bir sıra başqa effektlər verə bilərsiz.Çox sadə proqramdır.Ardından yükləyə bilərsiz…
Buyurun yükləyə bilərsiz...
Şərhlər(2)
Proqramlar
-
Baxış7
Ashampoo ClipFisher 1.16
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 11, 2008 12:19Ashampoo ClipFisher 1.16 Proqramı vasitəsilə siz YouTube, VideU, MyVideo, ClipFish və GoogleVideo saytlarından videonu yükləyə bilərsiniz. Faylları FLV və ya WMW kimi yaddaşa yazır.Ardından proqramı yükləyə bilərsiz...
Buyurun yükləyə bilərsiz...
Şərhlər(0)
Proqramlar
-
Baxış14
Bayraq-Ekran Qoruyucusu
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 11, 2008 12:16Azərbaycan bayrağını Ekran Qoruyucusu kimi istifadə edəndə kompyuter doğru əldə olduğunu görür...Superdir ardından yükləyə bilərsiz ...
Buyurun yükləyə bilərsiz...
Şərhlər(1)
Proqramlar
-
Baxış10
Nokia PC Suite
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 11, 2008 12:09Nokia PC Suite proqramının son versiyası.
Bu proqram vasitəsi ilə siz kompyuterinizdən Nokia mobil telefonunuza daxil ola , istədiyiniz faylı yükləyə, telefondan fayl silə, mesajları oxuya bilər və b. bir çox əməliyyatlar edə bilərsiz...
+ Proqramda *.3gp faylları aşmaq üçün pleyer var.Ardından yükləyə bilərsiz...
Buyurun yükləyə bilərsiz...
Şərhlər(0)
Mobil dünya
-
Baxış12
Pulsuz Yükləmə Proqramı
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 11, 2008 12:04Bu proqram vasitəsilə siz istədiyiniz mahnı,video,proqram,şəkil və s. Faylları pulsuz yükləyə bilərsiniz.
Ardindan proqramı yükləyə bilərsiz...
Buyurun yükləyə bilərsiz...
Şərhlər(0)
Proqramlar
-
Baxış43
Wisdom Soft
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 5, 2008 19:28Proqram vasitəsi ilə siz iş stolunzda etdiyiniz hər hansı bir hərəkəti AVI,MPG və WMV video formatlarında yazmaq üçündür.Ardından yükləyə bilərsiz.
Şərhlər(3)
Proqramlar
-
Baxış35
GƏLİN VƏTƏİN İGİD OĞLUNU TƏK BURAXMAYAQ
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 3, 2008 21:35
Ey bu saytı ziyarət edən... Birlik, Bərabərlik naminə səndə qoşul bizlərə
Dəstək ol ki, dəstəyinlə dəstək olan igidimiz özünü dəstəksiz hiss etməsin
Gəlin vətənin igid oğlunu tək buraxmayaq...Ramil Səfərovun atası Sahib Məmməd oğlu Səfərovun adına olan bank hesabına gəlin hamımız imkanımız daxilində dəstək olaq.Bizim verəcəyimiz dəstək Ramilin yad bir ölkədə rahat yaşaması üçün bir zəmindir.Unutmayaq ki, “Biz nə qədər bir olsaq, Birliyimiz o qədər var olar”
Gəlin bir olaq, gəlin hər bir AZƏRBAYCANLI kimi bu igidimizi tək buraxmayaq.Unutmayın ki, o bir şərəfsizi öldürüb və haqsız yerə həbs xanadadır.Birlik, bərabərlik naminə...
PARABANK
Hesab nömrəsi: 00-3294-3801-AZN-00
COMMERZBANK AG, FRANKFURT, GERMANY
S.W.I.F.T.: COBADEFF
ACC.4008864662USD OF JOINT-STOCK COMMERCIAL BANK PARABANK
BAKU, AZERBAIJAN
ACCOUNT N 00-3294-3811-USD-OOYAZIYA GÖRƏ WWW.TURAL2008.TK SAYTININ ADMİNİ TURALA TƏŞƏKKÜR EDİRƏM !
Şərhlər(1)
Diqqət
-
Baxış60
SMS LİSTO
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 1, 2008 21:49Sizlərə çox gözəl bir sms yazma proqramı təqdim edirəm.Bu proqram vaxitəsilə siz kompyuterinizdən sms göndərmək imkanına malik olacaqsız.Ardından yükləyə bilərsiz .
Buyurun yükləyə bilərsiz
Şərhlər(1)
Proqramlar
-
Baxış28
Hide Folder XP
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 1, 2008 20:59Kompyuterinizdə qovluqları gizlətmək üçün əla bir proqram təqdim edirəm.Ardından yükləyə bilərsiz...
Buyurun yükləyə bilərsiz
Şərhlər(1)
Proqramlar
-
Baxış19
Nature İllusion Studio
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 1, 2008 20:43Çox gözəl animasiya yaratmağa kömək edən bir proqram təqdim edirəm.Ardında yükləmə keçidi var...
Buyurun yükləyə bilərsiz
Şərhlər(1)
Proqramlar
-
Baxış29
ALLAHIN MÖCÜZƏLƏRİ
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Oktyabr 30, 2008 13:00ALLAHIN MÖCÜZƏLƏRİ ADLI BİR GÖZƏL VİDEOKLİP TƏQDİM EDİRƏM.XƏBƏRİN ARDINDAN KLİPİ YÜKLƏYƏ BİLƏRSİZ.
BUYURUN YÜKLƏYƏ BİLƏRSİZ...
Şərhlər(0)
Din
-
Baxış37
BÖYÜK YALAN DİZİSİNDƏN MUSİQİ
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Oktyabr 30, 2008 12:29BÖYÜK YALAN DİZİSİNDƏN İKİ MƏŞHUR MUSİQİ TƏQDİM EDİRƏM.ARDINDA YÜKLƏMƏ KEÇİDİ VAR.
BÖYÜK YALAN SOUNTRACKEMRAH-BÜYÜK YALAN
Şərhlər(0)
Mp3-lər
-
Baxış21
HƏRƏKƏTLİ ŞƏKİLLƏR
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Oktyabr 27, 2008 15:19
Şərhlər(0)
Şəkillər
-
Baxış68
YAPRAK DÖKÜMÜ DİZİ MUSİQİLƏRİ
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Oktyabr 24, 2008 17:06ÖLKƏMİZDƏ VƏ TÜRKİYƏDƏ ƏN ÇOX İZLƏNİLƏN DİZİLƏRDƏN BİRİ YAPRAK DÖKÜMÜ DİZİSİNİN BÜTÜN MUSİQİLƏRİNİ TƏQDİM EDİRƏM.YÜKLƏMƏK ÜÇÜN XƏBƏRİN ARDINA BAXIN.
BUYURUN YÜKLƏYƏ BİLƏRSİZ...
Yaprak Dökümü-Gözyaşı
Yaprak-Dökümü-Aşk ve Hüzun
Yaprak Dökümü-Çaresiz
Yaprak Dökümü-BekleyişYaprak Dökümü-Gülümse
Yaprak Dökümü-Neden
Yaprak Dökümü-Hayat Bir Umut
Yaprak Dökümü-Leyla
Yaprak Dökümü-Fikret Kozasında
Yaprak Dökümü-Kızım
Yaprak-Dökümü-Uzak
Yaprak Dökümü
Yaprak Dökümü-Takvim
Yaprak Dökümü-Neşe
Yaprak Dökümü-Her şeye rağmen nese
Yaprak Dökümü-Yalnızlık
Yaprak Dökümü-AileYaprak Dökümü-darmadağın
Şərhlər(2)
Mp3-lər
-
Baxış37
Lanet olsun içimdeki insan sevgisine
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Oktyabr 23, 2008 16:48Kurtlar Vadisi Pusudan Muro və Çeto personajlarının çox məşhur bir ifadəsinə-Lalet olsun içimdeki insan sevgisine ifadəsinə Pana Film bir qısa film çəkib və o filmin adı da Lanet olsun içimdeki insan sevgisinedir. Filmdən bir fraqment təqdim edirəm.
Şərhlər(0)
Videokliplər
-
Baxış58
ALLEN DALLES VƏ ONUN AZƏRBAYCANDAKI NƏVƏLƏRİ
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Oktyabr 23, 2008 12:29NOTA BENE QƏZETİNDƏN “ALLEN DALLES VƏ ONUN AZƏRBAYCANDAKI NƏVƏLƏRİ “ ADLI MƏQALƏNİ TƏQDİM EDİRƏM.
OXUMAMIŞ KEÇMƏ !Nəsə,bunların haradan qaynaqlandığı haqda çox fikirləşməyə ehtiyac yoxdur.İndi dünyanın böyük sayılan,əsasən də Qərbin inkişaf etmiş dövlətlərinin üçüncü kateqoriya adlandırdığı ölkələrdə gedən bir çox proseslər var ki,az-çox düşünə bilən beyinləri,ağıllı başları çox düşündürür.Üçüncü dünya ölkələri sırrasına əsasən potsovet məkanına daxl olan dövlətlər,bir çox geridə qalmış Şərq,Latın Amerikası,Afrika ölkələri daxildir.Çox təəssüf ki,Azərbaycan da bu sırada yer alan ölkələr içindədir.Həmin qəribə proseslər indi Azərbaycanda da tam sürətlə gedir. Və bu ölkənin taleyini düşünməklə bir yana çıxa bilməyən,çıxanda isə başına min cür oyunlar gəirilən insanlarına adamın yazığı gəlir.Əslində isə nələrin baş verdiyini və guya bizə demokratiya və qloballaşma adı altında “liberal dəyərlər” qiyafəsində xoşbəxtlik gətirdiyi iddia olunan “vəhşi“ Qərbin nə istədiyini anlamaq üçün çox da uzağa getmək lazım deyil.Sadəcə onlar,yəni qərblilər hələ illər öncədən “Dalles planı” kimi həyata keçirməyə başladıqları missiyanı indinin özündə də həyata keçirməklə məşğuldular.Bəs bu Dalles kimdir və “Dalles planı“ deyilən şey özündə nələri ehtiva edir ?Dosye : Onun əsl adı Allen Dallesdir.1893-cü ildə andan olub.ABŞ-ın Mərkəzi kəşfiyyat idarəsində (MKİ) , bu idarənin yaradıldığı gündən işləyib və bildiyimizkimi MKİ 1947-ci ildə yaradılıb.1942-45-ci illərdə isə Dalles ABŞ-ın Avropada fəaliyyət göstərən siyasi kəşfiyyatına rəhbərlik edib.1953-61-ci illərdə MKİ-nin direktoru vəzifəsini tutub . İkinci dünya müharibəsinin gedişində , bir sıra alman dairələri ilə , o zamankı Reyxdən və şəxsən Hitlerin özündən gizli şəkildə aparılan separat danışıqlarda əvəzsiz rol oynayan və bu yöndə xüsusixidmətləri olan bir şəxs olub.O, SSRİ-nin və digər sosialist ölkələrinin əleyhinə kəşfiyyatın və cəsus-təxribat fəaliyyətlərinin əsas təşkilatçılarından və aparıcı simalarından biri sayılır.Ayrıca, Allen Dalles tarixin yadaşında həm də “soyuq müharibənin ideoloqu” kimi qalıb.1969-cu ildə isə dünyasını dəyişib.
O ki qaldı “Dalles planı” deyilən məsələyə,daha doğrusu indi Azərbaycanda və digər üçüncü ölkələrdə baş verən yaramazlıqların,bizlərə “ qırmızı xonça “da təqdim edilən bər-bəzəkli biabırçılıqların mənbəyini haradan götürdüyünə,sadəcə planın qısa məamununu dərc etmək yetər ki,hamı hər şeyi anlasın.Özü də şərhsiz-filansız...
Beləliklə,buyurun,bu da sizə“DALLES PLANI“
Müharibə bitəcək və hər şey birtəhər də olsa,yerbəyer olacaq,sakitləşəcək.O zaman biz bütün olanımızı,qızıl və digər maddi imkanlarımızı insanların kütlələşdirilməsinə və axmaqlaşdırılmasına sərf edəcəyik !
İnsan beyni və adamların düşüncəsi dəyişməyə meyillidir.Beyinlərdə və düşüncələrdə xaos toxumları səpməklə,biz gizlicə onların dəyərlərini saxtaları ilə əvəz edəcəyik.Və insanları məcbur edəcəyik ki,bu saxta dəyərlərə inansınlar.Necə?Biz Rusiyanın (SSRİ nəzərdə tutulur-S.Ə) ozündə həmfikirlərimizi,silahdaşlarımızı və müttəfiqlərimizi tapacağıq.Bütün dünyanın gözü qarşısında öz miqyasına görə misilsiz bir faciə oynanılacaq- dünyanın əyilməz xalqının qətli,faciəsi.Bu xalqın özünüdərki birdəfəlik vədönməz söndürüləcək.Ədəbiyyatdan və incəsənətdən yavaş-yavaş onların sosial mahiyyətini çıxaracaq,yaradıcı insanları başqa yöndə öyrədərək,onlarda yaradıcılıq həvəsini öldürəcəyik.Məsələn,onları xalqların dərin qatlarında gedən proseslərin tədqiqinə yönəltmək mümkündür.Ədəbiyyatda,teatrda,kinoda düşündüyümüz hər şeyin,insanlığın ən alçaq hislərinin belə,ən böyük nailiyyətlər kimi təqdim olunmasına nail olacağıq.Bütün mümkün yollarla bizim istədiyimiz yöndə işləyən yaradıcı insanları dəstəkləyəcək və cəmiyyətin önünə çıxaracağıq.O insanlar ki,cəmiyyətin şüuruna zorakılığın,sadizmin,satqınlığın,seksual həyasızlığın,bir sözlə bütün növ əxlaqsızlıqların ən yüksək həyat tərzi kimi oturuşmasını insanların şüuruna təlqin edəcəklər. Dövlətin idarəçiliində isə xaos və qarmaqarışıqlıq yaradacağıq.
Çox aktiv şəkildə və daimi olaraq,hiss etdirmədən məmurların,rüşvətxorların prinsipsizliyinə,axmaq hərəkətlərə meyllənmələriə təkan verəcəyik.Bürokratizm və süründürməçilik mərhəmət mərtəbəsinə yüksəldiləcək.Namuslu,vicdanlı və əxlaqlı insanlar isə cəmiyyətin gülüş hədəfinə çevriləcək heç kimə lazım olmayacaq,keçmişin qalıqları kimi təqdim olunacaqlar.Kobudluq və qudurğanlıq,yalan və böhtan,sərxoşluq və narkomaniya,insanların bir-birində heyvani hislərlə qorxması və utanmazlıq,satqınlıq,millətçilik və xalqlararası düşmənçilik,ilk növbədə rus xalqına qarşı düşmən kəsilmək və hiddət bəslmək – bütün bunları biz sürətlə və hiss olunmaqdan şüurlara hakim kəsilənədək yeridəcyik.Və bütün bunlar sonda məxməri rəngli çiçəklər kimi yavaş-yavaş bütün ölkəni bürüyəcəyik.
Çox az adamlar nələrin baş verdiyini başa düşə biləcəklər.Ancaq bu cür adamları biz köməksiz vəziyyətə salacaq,cəmiyyətin gülüş hədəfinə çevirəcəyik və müəyyən üsullarla kütlələrin tapdağı vəziyyətinə gətirəcyik.Mənəvi kökləri qoparacaq,xalq mənəviyyatının əsaslarını məhv və təhqir edəcəyik.Bu yolla bir neçə nəsillərin öz köklərinə genetik bağlılığını yerindən oynatmağa nail olacağıq.Orada bizimki olacaq insanlar uğrunda uşaq və gənc yaşlarından mübarizə aparacaq,əsas dəstəyi bu cür gənclərə verməklə cəmiyyəti get-gedə tərbiyyəsizləşdirmək,əxlaqsızlaşdırmaq yolunda dönmədən hərəkət edəcəyik.Avara,alçaq və özünü bilməzlərdən kosmopolitlər yetişdirəcəyik
Biz bunu belə etmək fikrindəyik.
A.dalles. “SSRİ” əleyhinə müharibəsonrası Amerika doktrinasının reallaşması barəsində düşüncələr”,1945.
Şərhlər(1)
Nota Bene !
-
Baxış23
Maraqlı məlumatlar
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Oktyabr 20, 2008 15:54Sizlərə maraqlı məlumatlar təqdim edirəm.Ardına baxın çox maraqlıdır.
Çinlilər niyə yeməklərini çubuqla yeyirlər?
Çinlilər yeməklərini çox kiçik hissələrlə yediklərinə görə çubuqla yeyirlər. Çində, qədimdə yalnız varlılar stolda yemək yeyərdi. Xalqın çoxu boşqabları əllərində yerdə yemək yeyərdi. Bir əllərində boşqab, digərində isə çubuq tutub yeyərdilər yeməklərini. Əhalinin sürətlə artması ərzaq qıtlığı yaratdığı üçün yeməkləri kiçik hissələrə ayırıb çoxaldaraq yeyərdilər. Çubuqlar fildişi və sümükdən hazırlanırdı
Dünyanın ən çox oxunan mahnısı hansıdır?
Bu mahnı "Happy birthday to you" -dur. Mahnının əsli Amerikalı iki bacıya aiddir. Original adı "Good Morning to All" -dur. Daha sonra sözləri dəyişərək bütün düyaya yayılmışdır. Amma müəllif hüququ qızlara - bu iki bacıya məxsusudur. Onlardan sonra da Warner/chappel musiqi şirkətinə keçmişdir. Mahnı ticarət məqsədilə istifadə olunduğu zaman şirkətə pul ödənilir
İnsanlar saatlarını niyə sol qola taxırlar?
Çünki çox insan sağ qolunu çox hərəkət etdirir və bu qolun hərəkətli olması saatın harasa dəyib qırılması ehtimalı yüksəkdir. Həm də saatın qurma düyməsi 3 rəqəminin yanındadır. İnsanlar saatı qurmaq istədikləri zaman onu biləkdən çıxarmadan sağ əli uzatdıqda sol qolundakı saatı qura bilirlər.
Termos necə istini isti, soyuğu isə soyuq saxlayır?
Tək bir səbəbi var - vakum. Yəni boşluq. Bir termosda iç-içə keçmiş iki qab var. Qıraqdakı metaldan, içəridəki isə əsasən şüşə qabdan olur. İkisinin arasındakı hava isə boşaldılmışdır. Tam olmasa da istehsalçılar tərəfindən əldə edilən tama yaxın bir boşluq var. Vakumlu bir şəraitdə hava molekulları da olmadığından soyuq və isti ötürməzlər. Cismin temperaturu başlanğıcda neçədirsə elə də qalır. İçərdən qırağa, qıraqdan içəriyə istilik keçməz. Beləcə də termosa qoyulan maye istidirsə isti, soyuqdursa soyuq qalır.
Şahmatda şah niyə passivdir?
Çünki şah qoruma altındadır. Şahmatda məqsəd şahı almaqdır. Ona görə bütün fiqurlar onu qorumalıdır. Vəzir də kimi onun köməkçisi kimi qorunmasına daha çox mömək edir. Qərbdə vəzirə kraliça adı verilib. Şahmat 6-cı əsrdə Hindular tərəfindən oynanılmağa başlanıb, oradan da dünyaya yayılıb.
İnsanlar qorxanda niyə dişlərini sıxıb bir-birilərinə vurur?
İnsan böyük bir təhlükə və ya qorxu hiss edəndə bədəni avtomatik olaraq müdafiəyə keçir. Digər canlılarda olduğu kimi dişlər və çənə müdafiənin əsas mexanizmidir. Bu da bizə ilk insanlardan qalıb. Buna görə də təhlükə anında ilk olaraq çənə və dişlər hərəkətə başlayır. Çənədəki əzələlər titrəyir, bu da sanki dişlər bir-birinə dəyirmiş kimi görünür
Niyə ağlayırıq?
Dünyadakı canlılardan yalnız insan ruhsal səbəblərə görə ağlayır. Əslində gözyaşı gözlərimizi qorumaq üçün lazımdır. Amma ağlamaq ruhsal boşalmadır. Bu mövzunu birinci dəfə Darvin araşdırıb. Sonra aparılan təcrubələr nəticəsində bilindi ki, soğan soyarkən axan gözyaşları ilə əsəbdən ağlayarkən (ruhsal) axan gözyaşlarının kimyəvi tərkibi də fərqlidir. Ruhsal gözyaşları daha çox proteindən ibarətdir. Amma hələ ki bu fərqin səbəbi tapılmayıb.
Kömək siqnalı olan S.O.S -ın mənası nədir?
Çox adam "Save our Ship" (gəmimizi qurtar), "Save our Soul" (ruhumuzu qurtar), "Stop Other Signals" (digər siqnalları dayandır) kimi sözlərin tərcüməsi kimi bilir. Amma heçbiri deyil. Tamamən teleqraf zamanından qalma Mors əlifbasıyla bağlıdır. Kömək çağırışının asan yadda qalması üçün 1908 -də üç xətt, üç nöqtə, üç x
Şərhlər(0)
Dünya
-
Baxış50
Məntiqi sual
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Oktyabr 19, 2008 13:45Çox maraqlı və çətin bir məntiqi sual təqdim edirəm.Suala baxmaq üçün xəbərin ardına baxın.
İki gənc qız var.Bir evdə yaşayırlar.Qızlardan biri digərinə deyir : “Mən bu gecə dostlarımla əylənəcəm.Sən evdə öz işinlə məşğul olarsan.”.Digər qız da oldu deyib keçər.Gecə gələndə evdə qalan qız düşünər ki digər qızın yatağı boşdur orda yatım.Elə bunu düşünüb gedir digər qızın yatağında yatmağa.
Yavaş-yavaş aradan bir neçə saat keçir.Sonda , əyləndikdən sonra ev yadına düşən qız geri dönür.Yorğun halda gələrək Öz Yatağına uzanır. Uzanır və yatır.Elə yatmışkən çöldən bir maşın keçdiyini hiss edir.Və maşının farasınn işıqları qızın yatağının arxasındakı pəncərədən vuraraq divardakı saata yansıyır.Qız o işığın saata yansıması ilə qorxuya düşərək yatağın altında baxır və evdə qalan qızın cəsədi ilə qarşılaşır.
Sual : Niyə maşının işıqları saata düşən kimi qız qorxudan yatağın altına baxmağa ehtiyac duydu ?Sualın cavabı haqqında fikirlərinizi şərlə yaza bilərsiz
Şərhlər(4)
Məntiq
-
Baxış33
SAYT VƏ BÖLMƏLƏRİ HAQQINDA
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Oktyabr 16, 2008 18:20KELBECERLİSİTE.TKSAYT HAQQINDA
Saytın özəllikləri və yaradılma məqsədi.Bölmələri və bölmələrin məzmunu :
Hörmətli istifadəçilər , dünyada və ölkədə internet saytlarının sayı artmaqdadır.Dünyada indiyə olan statistik məlumata görə 160.000.000 internet saytı fəaliyyətdədir.Ölkəmizdə də internet saytlarının (əyləncə portalı) sayı günü-gündən artır.Və həmin saytlarda bayağı musiqilər yəni musiqi tərtibatı sıfır,söz yığnağı olan “musiqi”lər yerləşdirilir və bu “musiqi”ləri ifa edən,hansı ki musiqi elmindən anlayışı olamayan əxlaqsızlar reklam olunur.Biz buna qarşıyıq.
Saytımızın bölməərində nə tapa bilərsiz ?
MP3-LƏR BÖLMƏSİ
Saytın MP3-LƏR bölməsində siz orjinal musiqilər tapa bilərsiz.Saytımıza yerləşdirilən musiqilərin keyfiyyətinə diqqət edirik və onların zövqləri oxşamasına çalışırıq.Bildiyiniz kimi ölkədə hazırki “sou biznes” adlı iyrənc bir oyun oynanılır.Bunu siz saytda yerləşdirdiyimiz “DALLES PLANI” adlı məqalədən daha aydın oxuya bilərsiz . Bu oyun xalqın psixologiyasını dəyişmək, onun mənəvi köklərindən qoparmaq məqsədilə oynanılır.Bir çox saytlardan fərqli olaraq biz yalnız və yalnız zövqlü mahnıları sayta yerləşdirir və onları sizinlə bölüşürük.İndi çox az azəri saytlarda musiqi adına layiq olan,gözəl musiqilər tapmaq olur.Yükləmək istədiyiniz musiqini yükləmək üçün adminlərə müraciət edə bilərsiz.Bu işdə adminlər sizə yardımçı olar.
Orjinal musiqilərin tək ünvanı...
NOTA BENE BÖLMƏSİ
Bu bölmədə “NOTA BENE” qəzetindən məqalələr yerləşdirilir və yerləşdiriləcək.
“NOTA BENE “ bölməsində zaman-zaman yerləşdiriləcək məqalələrdən siz ölkədə necə bir iyrənc oyunların oynanıldığından və ümumiyyətlə çox maraqlı məqalələrdən xəbərdar olacaqsız.
Odur ki tez-tez saytımızı və “NOTA BENE” bölməsini ziyarət edin.
MƏLUMATLAR
Bu bölmədə əldə etdiyimiz maraqlı məlumatları sizinlə bölüşürük və bölüşəcəyik.
AZƏRBAYCAN
Bu bölmə ölkəmizdə baş verən bəzi maraqlı hadisələr haqda məlumat vermək və ümumiyyətlə ölkəmizlə bağlı yazıların yerkəşdirilməsi üçün yaradılmışdır.
ŞEİRLƏR
Bu bölmə dəyərli şairlərimizin dəyərli şeirlərini yerləşdirmək ,sizlərə təqdim etməküçün yaradılmışdır.
DİQQƏT
Bu bölmə adından məlum olduğu kimi çox lazımlı yazıların yerləşdirilməsi üçün yaradılmışdır.
AFORİZMLƏR
Bu bölmə dədyərli hikmətli sözlər , aforizmlər yerləşdirmək üçün yaradılmışdır və bu bölmədə bacardığımız qədər hər bir mövzuda aforizmlər yerləşdirməyə çalışacağıq.
DİN
Bu bölmə dinimizlə bağlı yazılar , və digər (mp3,video və.s) fayllar yerləşdirilmək üçün yaradılmışdır.
ŞƏKİLLƏR
Adından göründüyü kimi şəkillər yerləşdirmək üçün yaradılmışdır.
MEYXANA
Bu bölmə vasitəsilə bacardığımız qədər folklorumuzun bir qolu olan və yalnız azəri xalqına məxsus bir sənətin təbliğinə çalışacağıq.Həmçinin sizlərə bu bölmə vasitəsilə meyxana deyişmələri (mp3 və ya video formatda ) yükləmək imkanı yaradırıq.
VİDEOKLİPLƏR
Videokliplər bölməsi video fayllar yerləşdirmək üçün yaradılmışdır və bu bölmədə müxtəlif mövzularda videokliplər tapa bilərsiz.
HEKAYƏLƏR
Hekayələr bölməsində bir-birindən maraqlı hekayələri oxumaq imkanına maliksiniz.
YUMOR
Yumor bölməsində bacardığımız qədər sizlərə gülməli fayllar(şəkil,video,mp3) və lətifələr təqdim etməyə çalışırıq
MƏNTİQ
Məntiq bölməsində yerləşdirilmiş testlər və suallar vasitəsilə siz məntiqinizi yoxlaya və bir az da inkişaf etdirə bilərsiz.
PC OYUNLAR
Bu bölmədə sizlərə kompyuter üçün oyunlar yükləmək şansı yaradılır.
ŞƏXSİYYƏTLƏR
Bu bölmədə dünyanın və Azərbaycanın dahi şəxsiyyətlərinin bioqrafiyası və haqqında maraqlı məlumatlar yerləşdirilir.
PROQRAMLAR
Bu bölmədə kompyuteriniz üçün müxtəlif proqramlar yükləyə bilərsiz.
MOBİL DÜNYA
Bu bölmədə siz mobil telefonlarla bağlı məlumatlar əldə edə və yükləmələr həyata keçirə bilərsiniz.
KƏLBƏCƏR
Saytımızın Kəlbəcər bölməsində siz Kəlbəcərin ən son şəkillərini seyr edə və kəlbəcər haqqında ən son məlumatlarla tanış ola bilərsiz.
WEB DİZAYN
Əgər sizin də saytınız varsa , və saytınızın dizaynında dəyişiklik etmək və saytınızda yeniliklər görmək istəyirsizsə o zaman bu bölməni mütləq ziyarət edin.
DÜNYA
Bu bölmə ümumiyyətlə dünyadan əldə etdiyimiz maraqlı məlumatları sizlərlə bölüşmək üçün yaradılmışdır.
Saytımızın bu bölmələri tez-tez yenilənməkdədir.Və saytın hər bölməsinin öz məzmununa aid materiallar yerləşdirilməkdədir.
Odur ki saytımızı ziyarət etməyi unutmayın...
İMZA : KƏLBƏCƏRLİ.
Şərhlər(0)
Bölməsiz
-
Baxış80
Dizayn
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Oktyabr 11, 2008 11:29Saytınızda hər hansı bir yenilik (görünüş,dizayn cəhətdən ) görmək istəyirsizsə xəbərin ardına baxın...
Saytınızda hər hansı bir yenilik görmək istəyirsiz?Bu işdə sizə yardımçı olmaq fikrindəyəm.Saytınızda hansı bir yeniliyi görmək istəyirsizsə (məsələn : saytınızda reklam tablosu,təqvim,saat,yağış,qar,ürək yağmuru,hərəkətli yazı və sair kimi yeniliklər )onu şərh vasitəsilə mənə yazın.Çalışacam yardımçı olum.Qeyd: şərhlə istəyinizlə birlikdə e-mail adresinizi də yazın.
Şərhlər(3)
Web Dizayn
-
Baxış25
lətifələr
Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Oktyabr 11, 2008 0:06Daha bir neçə kompyuterlə bağlı lətifə təqdim edirəm.Ümid edirəm ki xoşunuza gələcək. Lətifələri oxumaq üçün xəbərin davamına baxın.
. Proqramçının oğluna ad qoyurlar. Proqramçı deyir:
- Uşağın adı 8 simvoldan çox olmamalıdır.
*** *** *** *** ***Taliban xakerləri çox parazitdirlər.
Kompüterləri və e-poçtları olmadan onlar virusları zərfə qoyub poçtla göndərirlər.
*** *** *** *** ***İstifadəçi provayderə zəng edir və deyir:
-Mən internetə girə bilmirəm!
-Problem nədədir ki?
-Problem ondadır ki, mənim kompüterim yoxdur.
*** *** *** *** ***













