Reklam verin!
Yuma Ailə Jurnalı
KELBECERLİ.TK SAYTINA XOŞ GƏLMİSİNİZ !!! HƏR ŞEY VƏTƏN ÜÇÜN ! a

 

KƏLBƏCƏRLİ & BOYOFSUN

    • indi saytda: 5
    • Kecən ayın hiti: 6513
    • Dunənki hit: 165
    • Bugunki hit: 43
    • Umumi hit: 17652
    Baxış
    60

    BİZ YENƏ QAYITDIQ...

    Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 28, 2008 21:42

    Biz yenə qayıtdıq...

     

    “Söz bitdi sükut vaxtıdır” adlı yazını yəqin ki unutmamısınız.Bu yazınınn səbəbi saytımıza hansısa bir güclü xakerin hücumu idi.Bu sadəcə bir xaker hücumu deyildi.Mənim fikrimcə bu kimlərinsə planı əsasında edildi.Fikrimi bu cür əsaslandırıram :Bu qədər sayt ola-ola,həm də bizim saytdan da məşhurları ola-ola bizim saytn dağıdılması qəribə deyilmi ?!Saytın “Nota Bene” bölməsində yerləşdirdiyimiz “Dalles Planı” məqaləsindən bəziləri (zaman-zaman o şəxslərin kim oldugunu sizlərə məqalələr şəklində təqdim edəcəyik) yəqin ki narahat oldular(yazıya mən admin adımla şərh yazıb bu bölmədə Nota Benedən bir çox məqalələr dərc edəcəyimi bildirmişdim).Buna bir oxşar hadisəni diqqətinizə çatdırmaq istəyirəm :  Məlum olduğu kimi o məqaləni aldığım “Nota Bene“ qəzetinin baş redaktoru Sərdar Əlibəyli və qəzetin baş məsləhətçisi Fərəməz Novruzoğlu qəzetdə yerləşdirdiyi məqalələrə görə ciddi təzyiqlərə məruz qalır.Ölkədə bir çox məşhur ,çox tirajlı qəzetlər fəaliyyət göstərir və bu qəzetlər də oxucu qazanmaq üçün yalan-doğru bir çox vəzifəli şəxslər haqında məlumatlar yazırlar.Amma , bu qədər məşhur qəzetlərin biri məhkəməyə verilmir.Çünki məlumatlar yalan olduğundan o haqqında yazılar yazılan şəxslər buna “it hürər karvan keçər” prinsipi ilə  yanaşırlar.Lakin cəmi 1000 tirajlı Nota Bene qəzetinin baş redaktoru və baş məsləhətçiləri bəzi nazirlər və digər vəzifə sahibləri haqında yazdığı məqaləyə görə məhkəməyə verilir.Nəticədə baş redaktor bir il şərti işlə cəzalandırılır baş məsləhətçi isə  iki il müddətinə azadlıqdan məhrum edilir.Deməli,bu şəxslərin yazdığı məqalələr kommersiya məqsədi daşımır ancaq və ancaq insanları bu qorxulu  yuxudan oyatmaq  məqsədi güdür.Amma o vəzifəli şəxslər bunu istəmir-insanların bu yuxudan oyanmasını istəmir.Çünki , insanlar bu məqalələri oxusa kimlərin nə oyunlardan çıxdığını anlayar.O şəxslər Azərbaycan tarixini yaxşı bildiklərindən bunu da yaxşı bilirlər ki azəri-türk xalqı dünyanın ən əzmkar xalqıdır.Əgər bir xalq hərəkatı olsa bu şəxslər öz vəzifələrini və ölkə büdcəsindən oğurladıqları milyardlarla manatları itirəcəklər.Ona görə də ölkədə “Dalles Planı”həyata keçirilir.Və bu planın ən önəmli bir hisəsi – ölkədə doğru söz deyənləri,milləti oyandırmaq istəyənlərin imkanlarını hər bir vasitə ilə məhdudlaşdırmaq - bizim saytımızı xakerlərin hücumuna məruz qoydu.Gördüyünüz kimi Nota Bene qəzetinin və bizim başımıza gələn hadisələrdə oxşarlıq var.Nota Bene qəzeti 1000 tirajla çıxır bunu o qədər də insan oxumur.Çünki, “Dalles Planı”na əsasən indi ölkədə belə insanlara gülürlər.İnsanları televiziyalarda əxlaqsız , heç bir istedadı olmayan , hansısa bir imkanlı şəxsin yatağına girməklə efirə çıxmaq imkanı qazananlar maraqlandırır.Təbii ki , “Dalles Planı” insanların psixologiyasını dəyişmək onları öz mənəvi köklərindən qoparmaq üçün çox mükəmməl bir plandır,həm də o dərəcədə mükəmməl ki,bu cür tarixi olan bir  millətin artıq psixologiyasını lazımınca dəyişdirmişdir.Qəzetdə məqalə çıxdı maximum 1000 nəfər oxudu,birinin yadında qaldı,birinin yox.Həm də ki qəzet dərc olunan həftə satılır sonra yox.Amma internet qeyri-məhdud vəsitədir.yəni istənilən insan istənilən vaxt sayta daxil olub məqaləni oxuya bilər.Bu da o deməkdir ki internetdə belə bir məqalənin mövcud olması onları daha çox narahat edə bilər.O səbəbdən də saytın dağıdılması tam planlaşdırılmış bir şeydir.Amma saytı əvvəlki vəziyyətə qaytara bildik.Bu işdə böyük əziyyət çəkən azeriblog admini Fərhada çox-çox təşəkkür edirik.Bacardığımız qədər gücümüz çatdığı yerə qədər sizi bu məqalələrdən xəbərdar edəcəyik.Odur ki saytı tez-tez ziyarət  edin.Və bacardığınız qədər sayta insanların daha çox daxil olmasına kömək edin və ya məqalələri daha geniş kütləyə çatdırmaqda bizə bacardığınız qədəriylə yardım edin. 

    Şərhlər(7) Diqqət

     

    Baxış
    5

    Web Mesaj Proqramı

    Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 23, 2008 22:38

    Web Mesaj Proqramı Sizə Azərcellin Saytına Girmədən Pulsuz SMS Göndərməyə İmkan Verir, Bundan Başqa Sizin Flash SMS Göndərmək İmkanınızda Olacaq. Bunun Üçün Siz Sadəcə Nömrənizi və Şifrənizi Daxil Etməlisiniz.
    Y ükləmək üçün xəbərin ardına baxın...
     
     
     
     
     
     
     
     

     

     

     

     

    web mesaj proqramı 

    Şərhlər(0) Proqramlar

     

    Baxış
    16

    Dünya alimləri yer üzündə mövcud olan canlılar haqqında maraqlı bir araşdırma aparıblar.Bu araşdırmalar nəticəsinsdə bir çox canlıların bəzi maraqlı xüsusiyyətləri ortaya çıxıb.
    Daha ətraflı xəbərin ardında.
     
     
     
     



    -Dəvələrin üç qaşı var.
    -Bir ağcaqanadın sürəti saatda 8 kilometrdir.
    -Bəzi böcəklər başının qopmasına rəğmən bir il yaşayır.
    -Zürafə qulaqlarını dili ilə təmizləyir.
    -İngiltərədəki bütün qu quşları kral ailəsinə mənsubdu.
    -Pişiklər ultrason səsləri eşidə bilirlər.
    -Qarışqalar yatmırlar.
    -Xəstələnməyən tək heyvan köpək baliğıdır.
    -İlanlar kardır.
    -Fillər hoppanmayan tək məməlidir.
    -Delfinlər gözləri açıq yatır.
    -Kenqurular arxa-arxaya yeriyə bilmirlər.
    -Yer üzərindəki ən təhlükəli heyvan ağcaqanaddı,
    çünki insan ölümünə ən çox onlar səbəb olurlar.
    -Kirpilər suda batmır.
    -Son 4 min ildə heç bir yırtıcı heyvan əhilləşdirilməyib.
    -Kəpənəklər dadı ayaqları ilə duyurlar.
    -İnsanları barmaq izindən itləri isə burun izindən tanımaq mümkündür.
    -Mavi delfinlərin ürəkləri saniyədə 9 dəfə vurur.
    -Şokolad itləri öldürə bilər.
    -Normal bir insanın bədənində olan enerji 25 voltluq lampanı bir neçə dəqiqəyə yandırmağa qadirdir. Qaraşın insanlarda 120 min, sarışınlarda isə 140 min saç teli var.
    -Bir insan ildə 10 milyon dəfə gözünü qırpır.
    -Soğan doğrayarkən saqqız çeynəmək gözün yaşarmasının qarşısını alır.
    -Ağ evdə 13 min 22 ədəd cəngəl, o qədər də bıçaq və qaşıq var.
    -Onurğalı böcəklərin dörd dənə burnu var.
    -Kanadada insanların durduğu yerdə xoruldayaraq yatmaları qanunlara ziddir.
    -Son 3500 ilin sadəcə 230 ili barış içində yaşanıb.Yerdə qalan illərdə müharibə olub.
    -Dünyadakı heyvanların 80 faizi altı ayaqlıdır.
    -Dənizdən çıxarılan xərçənglərin qanı mavi rəngdədir.
    -İnsanların dırnağı bir ildə 3,75ir metrə qədər uzanır.
    -Timsahlar daha dərinə batmaq üçün daş udurlar.
     
    Fikir bildirməyi unutmayın 

    alim dünya 

    Şərhlər(0) Dünya

     

    Baxış
    9

    Bear Share

    Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 20, 2008 17:59

    Türk dilində super,dünyada çox məşhur olan BEAR SHARE proqramını təqdim edirəm.Bu proqram vasitəsilə dünyanın istənilən yerindən insanlarla tanış ola bilərsiz.Həmçinin proqramın digər funksiyalarından-musiqi,video və bir çox digər faylların axtarışı,proqram vasitəsilə yüklənən musiqiləri dinləmək,videoları izləmək və.s bir çox lazımlı funksiyalarından istifadə edə bilərsiz... 
     
    Olaraq sizlər üçün ...
     
    Proqramı yükləmək üçün xəbərin ardına baxın. 
     

     

     

     

     

     

    bear share 

    Şərhlər(0) Proqramlar

     

    Baxış
    96

    TK DOMAİN

    Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 17, 2008 10:55

    Tk domain almaq istəyənlər , xəbərinardını mütləq oxuyun...
     
     
    TK 

    Tk domain vasitəsilə siz saytınızın adını qısalda bilərsiz.Məsələn sizin sayt www.domain.azeriblog.com-dursa siz bu saytın adını qısalda və www.domain.tk edə bilərsiz və bununla da saytınızın adının daha tez yadda qalan olmasına nail olarsız.
    Maraqlananlar şərhlə müraciət edə bilərlər.


    tk domain 

    Şərhlər(1) Diqqət

     

    Baxış
    16

     Elmlə bağlı hikmətli kəlamlar təqdim edirəm.
    Ardına baxın...


     
     
     

     
     
    Düşünmədən öyrənmək vaxt itirməkdir.

    Konfutsi

    Heç bilənlərlə bilməyənlər bir olarmı

    Puşkin

    Hər bildiyini söyləmə amma hər söylədiyini bil

    Marsel Leoni

    Yaşayaraq əldə edilən bilik daş üzərinə həkk edilmiş yazı kimidir.

    T.Karlayl

    Kitablar da dost kimidir, az fəqət yaxşı seçilmiş olmalıdır.

    S.J.Harris

    Elm bölüşdükcə artan xəzinədir.

    Bhartihari


    elm aforizm kəlam 

    Şərhlər(0) Aforizmlər

     

    Baxış
    35

    Azərbaycana səs verək!!!

    Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 14, 2008 14:43

     

     Vətənimiz Azərbaycana səs verək!!!
     
     
    Daha ətraflı xəbərin ardında...
     
     
     
     
     

     

     

    Bir müddətdi www.thevotenation.com saytında dünyanın ən gözəl ölkəsi seçilir və seçim hələdə davam edir.Sizdən vətənimiz Azərbaycana səs verməyinizi istəyirəm.
    Səs vermək çox asandır sadəcə www.thevotenation.com saytına daxil olursunuz və Azerbaijan sözünün önundəki Like linkini klikləyirsiniz.6 saatdan bir səs verirsiniz hər dəfə 3 səs vermək haqqınız var.
    Siz də səs verin!!!
    İlk 10-luq belədi:
    1.Türkiye (BVC 2007) 1124453
    2.
    Serbia 776423
    3.
    Slovakia 749605
    4.
    Georgia - Rep. of 745398
    5.
    Azerbaijan 691659
    6.
    Germany 664341
    7.
    United States 628246
    8.
    Russia 600854
    9.
    United Kingdom 502264
    10.
    Greece 429712











     

    vətənimiz azərbaycana səs verək 

    Şərhlər(1) Azərbaycan

     

    Baxış
    27

    Qaraqan-Şeytanın duası

    Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 13, 2008 14:37

    Super bir hekayə təqdim edirəm.Oxumağa dəyər...
     
    Qaraqan-Şeytanın duası. 
     
     
     
     
     
     
     
     
     
     
     
     

      Gecənin ən qaranlıq vaxtı idi. Bütün insanlar və qarışqalar öz yuvalarında yatırdılar. İnsansızlıqdan qapısını toz basmış məscid kimsəsiz küçələrin dərin qaranlığında, əbədi sükutunda tənhalıq yuxusunda idi. Qəribə bir bürkü var idi. Bu şəhərin yuxusunda qəribə bir hürkü var idi. Bu şəhər gündüzləri bərbəzəklə bəzənən, süslənən, daranan, gecələri isə bütün süni bəzəklərini çıxarıb yataqlarında uyuyan əsl simalarında eybəcər olan gözəlçələrə bənzəyirdi. Bu şəhər çirkin yağışdan sonra qalan gölməçələrə bənzəyirdi. Heç bir canlı bu dərin sükutu pozmağa cəsarət etməzdi. Amma cəsarətli bir kəs addım səsləri ilə bu sükutu pozdu. Qara libasına bürünmüş bu yad qaranlığa qarışaraq addımlayırdı. Qara uzun paltarı yer ilə sürünür, sanki bütün zülməti özü ilə dartıb aparırdı. Yavaşca məscidin qapısını açdı. Qapı tük ürpədici bir səs çıxardı. Bu məscidin çəkdiyi “ah” idi. Axır ki onu yada salan olmuşdu. Amma bu sevinc “ah”ı bir an içində qəm fəryadına çevrildi. Məscidin qonağı var idi. Amma bu qonağı məscid heç gözləmirdi. Qara uzun libasına bürünmüş qaranlıqdan seçilməyən bu simada qan rəngli iki göz parlayırdı. Bu şeytan idi.



    Şeytan məscidin çirkli xalçasına,rəflərdəki toz basmış Qur’anlara, köhnə minbərə baxdı. Bu mənzərə onu dəhşətə gətirdi. Sonuncu dəfə məscidə girəndə yüzlərlə minlərlə müsəlman ona o qədər lənət yağdırmışdı ki, çıxış yolu tapmayıb özünü minarədən atmış və üç gün özünə gələ bilməmişdi. İndi isə boş məscidə baxır və yazığı gəlirdi. Düşmənlərinə yazığı gəlirdi. Bir az irəlilədi, üzünü Qibləyə tutdu və diz çökdü.O özü də bilmirdi nə edirdi. Amma əlacı yox idi. Əllərini açdı və duasına başladı.



    “Bismilləhirrahmənirrahim”



    “Ey uca və qüdrətli Allah, sənə dua etmədiyim 100000 il oldu. Özün bilirsən sənin rızan üçün necə darıxmışam. Keçmiş vaxtlar yadıma düşür.Cəbrayıl, Mikayıl, İsrafil, Əzrayıl yadıma düşür.



    Sənə etdiyim ibadətlər yadıma düşür. Mən sənə hər kəsdən yaxın olmuşdum. Mən xoşbəxt idim. Sonra sən insanı yaratdın. Və mən günaha batdım. Böyük günaha. Məni oradan qovdun. Mənə Cəhənnəmi qismət etdin. Yox,mən tövbə etməyə gəlməmişəm. Sözümüz sözdür. Qiyamət gününə kimi insanları sənin yolundan çıxaracağıma söz vermişdim. Sən də mənə vaxt verdiyini söz vermişdin. Amma indi hər şey başqa cürdür. Əvvəllər mən insanları sənin yolundan çıxara bilirdim. İndi isə heç kəsi yoldan çıxara bilmirəm. Heç kəsi pis yola sala bilmirəm. Çünki insanlar özləri pis yola gedir. Mənə heç ehtiyacları yoxdur. Məni də üzən,kədərləndirən elə budur. Özümü çox lazımsız hiss edirəm. Heç bir işə yaramayan bir məxluq oldum. Həyatımın mənası insanları pis yola çəkmək idi. İndi isə həyatımın mənası itib. Yalvarıram uca Allah mənim bir duamı qəbul et. Yalvarıram dünyaya yaxşı insanlar gətir. Mən də onları yoldan çıxarmağa çalışım. Boş durmayım. Boş durmaqdan ürəyim partlayır. Yalvarıram dünyaya yaxşı insan gətir.”



    Qara libaslı bu yad duasını bitirib, göz yaşlarını silib yavaş-yavaş addımlayıb məsciddən çıxdı.



    Qara libası yer ilə sürünərək qaranlığa qarışdı və qara libaslı yad zülmətdə yox oldu.

    QARAQAN



     

    qaraqan şeytanın duası 

    Şərhlər(0) Hekayələr

     

    Baxış
    14

    Nokia PC Suite

    Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 11, 2008 12:09

     Nokia PC Suite proqramının son versiyası.
    Bu proqram vasitəsi ilə siz kompyuterinizdən  Nokia mobil telefonunuza daxil ola , istədiyiniz faylı yükləyə, telefondan fayl silə, mesajları oxuya bilər və b. bir çox əməliyyatlar edə bilərsiz...
    + Proqramda *.3gp faylları aşmaq  üçün pleyer var.
    Ardından yükləyə bilərsiz... 
     
     
     
     
     
     

    Buyurun yükləyə bilərsiz...
     
     
     
     
     
     

    nokia pc suite 

    Şərhlər(0) Mobil dünya

     

    Baxış
    39

     
     
     
    Ey bu saytı ziyarət edən... Birlik, Bərabərlik naminə səndə qoşul bizlərə

    Dəstək ol ki, dəstəyinlə dəstək olan igidimiz özünü dəstəksiz hiss etməsin

    Gəlin vətənin igid oğlunu tək buraxmayaq...



    Ramil Səfərovun atası Sahib Məmməd oğlu Səfərovun adına olan bank hesabına gəlin hamımız imkanımız daxilində dəstək olaq.Bizim verəcəyimiz dəstək Ramilin yad bir ölkədə rahat yaşaması üçün bir zəmindir.Unutmayaq ki, “Biz nə qədər bir olsaq, Birliyimiz o qədər var olar”
    Gəlin bir olaq, gəlin hər bir AZƏRBAYCANLI kimi bu igidimizi tək buraxmayaq.Unutmayın ki, o bir şərəfsizi öldürüb və haqsız yerə həbs xanadadır.Birlik, bərabərlik naminə...

    PARABANK

    Hesab nömrəsi: 00-3294-3801-AZN-00

    COMMERZBANK AG, FRANKFURT, GERMANY
    S.W.I.F.T.: COBADEFF
    ACC.4008864662USD OF JOINT-STOCK COMMERCIAL BANK PARABANK
    BAKU, AZERBAIJAN
    ACCOUNT N 00-3294-3811-USD-OO
     
     
    YAZIYA GÖRƏ WWW.TURAL2008.TK SAYTININ ADMİNİ TURALA TƏŞƏKKÜR EDİRƏM !

    ramil səfərov 

    Şərhlər(1) Diqqət

     

    Baxış
    65

    SMS LİSTO

    Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Noyabr 1, 2008 21:49

    Sizlərə çox gözəl bir sms yazma proqramı təqdim edirəm.Bu proqram vaxitəsilə siz kompyuterinizdən sms göndərmək imkanına malik olacaqsız.
    Ardından yükləyə bilərsiz .
     
     
     
     
     
     

     Buyurun yükləyə bilərsiz
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     

    Şərhlər(1) Proqramlar

     

    Baxış
    85

    ÖLKƏMİZDƏ VƏ TÜRKİYƏDƏ ƏN ÇOX İZLƏNİLƏN DİZİLƏRDƏN BİRİ YAPRAK DÖKÜMÜ DİZİSİNİN BÜTÜN MUSİQİLƏRİNİ TƏQDİM EDİRƏM.
    YÜKLƏMƏK  ÜÇÜN XƏBƏRİN ARDINA BAXIN.
     
     
     
     
     
     
     

    BUYURUN YÜKLƏYƏ BİLƏRSİZ... 

     

     

    Yaprak Dökümü-Gözyaşı

     

    kelbecerlisite.tk 

     

     

    Yaprak-Dökümü-Aşk ve Hüzun

     

    kelbecerlisite.tk 

     

    Yaprak Dökümü-Çaresiz

     

    kelbecerlisite.tk 


    Yaprak Dökümü-Bekleyiş

     

     

    Yaprak Dökümü-Gülümse

     

      

    Yaprak Dökümü-Neden

     

     

    Yaprak Dökümü-Hayat Bir Umut

     

      

    Yaprak Dökümü-Leyla 

     

     

    Yaprak Dökümü-Fikret Kozasında

     

     

     

    Yaprak Dökümü-Kızım 

     

     

    Yaprak-Dökümü-Uzak 

     

     

    Yaprak Dökümü

     

     

    Yaprak Dökümü-Takvim

     

     

    Yaprak Dökümü-Neşe 

     


     

    Yaprak Dökümü-Her şeye rağmen nese

     

     


    Yaprak Dökümü-Yalnızlık

     

     


    Yaprak Dökümü-Aile

     

     

    Yaprak Dökümü-darmadağın

     

     

     

    yaprak dökümü musiqi mp3 

    Şərhlər(2) Mp3-lər

     

    Baxış
    64

    NOTA BENE QƏZETİNDƏN “ALLEN DALLES VƏ ONUN AZƏRBAYCANDAKI NƏVƏLƏRİ “ ADLI MƏQALƏNİ TƏQDİM EDİRƏM.
     
     
     
     
     
    QA 
     
     
     
     
    OXUMAMIŞ KEÇMƏ !

     
     
    Nəsə,bunların haradan qaynaqlandığı haqda çox fikirləşməyə ehtiyac yoxdur.İndi dünyanın böyük sayılan,əsasən də Qərbin inkişaf etmiş dövlətlərinin üçüncü kateqoriya adlandırdığı ölkələrdə gedən bir çox proseslər var ki,az-çox düşünə bilən beyinləri,ağıllı başları çox düşündürür.Üçüncü dünya ölkələri sırrasına əsasən potsovet məkanına daxl olan dövlətlər,bir çox geridə qalmış Şərq,Latın Amerikası,Afrika ölkələri daxildir.Çox təəssüf ki,Azərbaycan da bu sırada yer alan ölkələr içindədir.Həmin qəribə proseslər indi Azərbaycanda da tam sürətlə gedir. Və bu ölkənin taleyini düşünməklə bir yana çıxa bilməyən,çıxanda isə başına min cür oyunlar gəirilən insanlarına adamın yazığı gəlir.Əslində isə nələrin baş verdiyini və guya bizə demokratiya və qloballaşma adı altında “liberal dəyərlər” qiyafəsində xoşbəxtlik gətirdiyi iddia olunan “vəhşi“ Qərbin nə istədiyini anlamaq üçün çox da uzağa getmək lazım deyil.Sadəcə onlar,yəni qərblilər hələ illər öncədən “Dalles planı” kimi həyata keçirməyə başladıqları missiyanı indinin özündə də həyata keçirməklə məşğuldular.Bəs bu Dalles kimdir və “Dalles planı“ deyilən şey özündə nələri ehtiva edir ?

     
     
     
     
    Dosye : Onun əsl adı Allen Dallesdir.1893-cü ildə andan olub.ABŞ-ın Mərkəzi kəşfiyyat idarəsində (MKİ) , bu idarənin yaradıldığı gündən işləyib və bildiyimizkimi MKİ 1947-ci ildə yaradılıb.1942-45-ci illərdə isə Dalles ABŞ-ın Avropada fəaliyyət göstərən siyasi kəşfiyyatına rəhbərlik edib.1953-61-ci illərdə MKİ-nin direktoru vəzifəsini tutub . İkinci dünya müharibəsinin gedişində , bir sıra alman dairələri ilə , o zamankı Reyxdən və şəxsən Hitlerin özündən gizli şəkildə aparılan separat danışıqlarda əvəzsiz rol oynayan və bu yöndə xüsusixidmətləri olan bir şəxs olub.O, SSRİ-nin və digər sosialist ölkələrinin əleyhinə kəşfiyyatın və cəsus-təxribat fəaliyyətlərinin əsas təşkilatçılarından və aparıcı simalarından biri sayılır.Ayrıca, Allen Dalles tarixin yadaşında həm də “soyuq müharibənin ideoloqu” kimi qalıb.1969-cu ildə isə dünyasını dəyişib.
    O ki qaldı “Dalles planı” deyilən məsələyə,daha doğrusu indi Azərbaycanda və digər üçüncü ölkələrdə baş verən yaramazlıqların,bizlərə “ qırmızı xonça “da təqdim edilən bər-bəzəkli biabırçılıqların mənbəyini haradan götürdüyünə,sadəcə planın qısa məamununu dərc etmək yetər ki,hamı hər şeyi anlasın.Özü də şərhsiz-filansız...
    Beləliklə,buyurun,bu da sizə







    “DALLES PLANI“

    Müharibə bitəcək və hər şey birtəhər də olsa,yerbəyer olacaq,sakitləşəcək.O zaman biz bütün olanımızı,qızıl və digər maddi imkanlarımızı insanların kütlələşdirilməsinə və axmaqlaşdırılmasına sərf edəcəyik !
    İnsan beyni və adamların düşüncəsi dəyişməyə meyillidir.Beyinlərdə və düşüncələrdə xaos toxumları səpməklə,biz gizlicə onların dəyərlərini saxtaları ilə əvəz edəcəyik.Və insanları məcbur edəcəyik ki,bu saxta dəyərlərə inansınlar.Necə?Biz Rusiyanın (SSRİ nəzərdə tutulur-S.Ə) ozündə həmfikirlərimizi,silahdaşlarımızı və müttəfiqlərimizi tapacağıq.Bütün dünyanın gözü qarşısında öz miqyasına görə misilsiz bir faciə oynanılacaq- dünyanın əyilməz xalqının qətli,faciəsi.Bu xalqın özünüdərki birdəfəlik vədönməz söndürüləcək.Ədəbiyyatdan və incəsənətdən yavaş-yavaş onların sosial mahiyyətini çıxaracaq,yaradıcı insanları başqa yöndə öyrədərək,onlarda yaradıcılıq həvəsini öldürəcəyik.Məsələn,onları xalqların dərin qatlarında gedən proseslərin tədqiqinə yönəltmək mümkündür.Ədəbiyyatda,teatrda,kinoda düşündüyümüz hər şeyin,insanlığın ən alçaq hislərinin belə,ən böyük nailiyyətlər kimi təqdim olunmasına nail olacağıq.Bütün mümkün yollarla bizim istədiyimiz yöndə işləyən yaradıcı insanları dəstəkləyəcək və cəmiyyətin önünə çıxaracağıq.O insanlar ki,cəmiyyətin şüuruna zorakılığın,sadizmin,satqınlığın,seksual həyasızlığın,bir sözlə bütün növ əxlaqsızlıqların ən yüksək həyat tərzi kimi oturuşmasını insanların şüuruna təlqin edəcəklər. Dövlətin idarəçiliində isə xaos və qarmaqarışıqlıq yaradacağıq.
    Çox aktiv şəkildə və daimi olaraq,hiss etdirmədən məmurların,rüşvətxorların prinsipsizliyinə,axmaq hərəkətlərə meyllənmələriə təkan verəcəyik.Bürokratizm və süründürməçilik mərhəmət mərtəbəsinə yüksəldiləcək.Namuslu,vicdanlı və əxlaqlı insanlar isə cəmiyyətin gülüş hədəfinə çevriləcək heç kimə lazım olmayacaq,keçmişin qalıqları kimi təqdim olunacaqlar.Kobudluq və qudurğanlıq,yalan və böhtan,sərxoşluq və narkomaniya,insanların bir-birində heyvani hislərlə qorxması və utanmazlıq,satqınlıq,millətçilik və xalqlararası düşmənçilik,ilk növbədə rus xalqına qarşı düşmən kəsilmək və hiddət bəslmək – bütün bunları biz sürətlə və hiss olunmaqdan şüurlara hakim kəsilənədək yeridəcyik.Və bütün bunlar sonda məxməri rəngli çiçəklər kimi yavaş-yavaş bütün ölkəni bürüyəcəyik.
    Çox az adamlar nələrin baş verdiyini başa düşə biləcəklər.Ancaq bu cür adamları biz köməksiz vəziyyətə salacaq,cəmiyyətin gülüş hədəfinə çevirəcəyik və müəyyən üsullarla kütlələrin tapdağı vəziyyətinə gətirəcyik.Mənəvi kökləri qoparacaq,xalq mənəviyyatının əsaslarını məhv və təhqir edəcəyik.Bu yolla bir neçə nəsillərin öz köklərinə genetik bağlılığını yerindən oynatmağa nail olacağıq.Orada bizimki olacaq insanlar uğrunda uşaq və gənc yaşlarından mübarizə aparacaq,əsas dəstəyi bu cür gənclərə verməklə cəmiyyəti get-gedə tərbiyyəsizləşdirmək,əxlaqsızlaşdırmaq yolunda dönmədən hərəkət edəcəyik.Avara,alçaq və özünü bilməzlərdən kosmopolitlər yetişdirəcəyik
    Biz bunu belə etmək fikrindəyik.
    A.dalles. “SSRİ” əleyhinə müharibəsonrası Amerika doktrinasının reallaşması barəsində düşüncələr”,1945.




    nota bene allen dalles 

    Şərhlər(1) Nota Bene !

     

    Baxış
    26

    Maraqlı məlumatlar

    Yazar: KƏLBƏCƏRLİ & BOYOFSUN Tarix: Oktyabr 20, 2008 15:54

    Sizlərə maraqlı məlumatlar təqdim edirəm.Ardına baxın çox maraqlıdır.
     
     
     
     
    kelbecerlisite.tk 

    Çinlilər niyə yeməklərini çubuqla yeyirlər?

    Çinlilər yeməklərini çox kiçik hissələrlə yediklərinə görə çubuqla yeyirlər. Çində, qədimdə yalnız varlılar stolda yemək yeyərdi. Xalqın çoxu boşqabları əllərində yerdə yemək yeyərdi. Bir əllərində boşqab, digərində isə çubuq tutub yeyərdilər yeməklərini. Əhalinin sürətlə artması ərzaq qıtlığı yaratdığı üçün yeməkləri kiçik hissələrə ayırıb çoxaldaraq yeyərdilər. Çubuqlar fildişi və sümükdən hazırlanırdı


    Dünyanın ən çox oxunan mahnısı hansıdır?

    Bu mahnı "Happy birthday to you" -dur. Mahnının əsli Amerikalı iki bacıya aiddir. Original adı "Good Morning to All" -dur. Daha sonra sözləri dəyişərək bütün düyaya yayılmışdır. Amma müəllif hüququ qızlara - bu iki bacıya məxsusudur. Onlardan sonra da Warner/chappel musiqi şirkətinə keçmişdir. Mahnı ticarət məqsədilə istifadə olunduğu zaman şirkətə pul ödənilir


    İnsanlar saatlarını niyə sol qola taxırlar?

    Çünki çox insan sağ qolunu çox hərəkət etdirir və bu qolun hərəkətli olması saatın harasa dəyib qırılması ehtimalı yüksəkdir. Həm də saatın qurma düyməsi 3 rəqəminin yanındadır. İnsanlar saatı qurmaq istədikləri zaman onu biləkdən çıxarmadan sağ əli uzatdıqda sol qolundakı saatı qura bilirlər.


    Termos necə istini isti, soyuğu isə soyuq saxlayır?

    Tək bir səbəbi var - vakum. Yəni boşluq. Bir termosda iç-içə keçmiş iki qab var. Qıraqdakı metaldan, içəridəki isə əsasən şüşə qabdan olur. İkisinin arasındakı hava isə boşaldılmışdır. Tam olmasa da istehsalçılar tərəfindən əldə edilən tama yaxın bir boşluq var. Vakumlu bir şəraitdə hava molekulları da olmadığından soyuq və isti ötürməzlər. Cismin temperaturu başlanğıcda neçədirsə elə də qalır. İçərdən qırağa, qıraqdan içər