
DÜNYANIN VƏ TÜRK DÜNYASININ ƏN GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİNDƏN BİRİ-BÖYÜK LİDER
MUSTAFA KAMAL ATATÜRK
HAQQINDA
Davamı...DÜNYANIN ƏN GÖRKƏMLİ ŞƏXSİYƏTLƏRİNDƏN BİRİ OLAN
BÖYÜK LİDER
HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV
HAQQINDA
Davamı...DÜNYANIN ƏN GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİNDƏN BİRİ OLAN
BÖYÜK LİDER
YURİ VLADİMİROVİÇ ANDROPOV
HAQQİNDA
Bakı. Laura Cəbrayıllı - APA. “Bu gün yerli vaxtla saat 14.48-dən Azərbaycan ərazisində Günəş tutulması başlayıb. Təxminən iki saat davam edəcək bu hadisə qismən gün tutulmasıdır. Təxminən saat 15.45-də maksimal tutulma olacaq.
Bu zaman Azərbaycandan Günəşin 42 faiz tutulması müşahidə olunacaq. Azərbaycanın hər yerindən qismən gün tutulması müşahidə edilir. Tam gün tutulmasını isə Çində və Rusiyanın İrkutsk vilayətində müşahidə etmək mümkün olacaq”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev deyib. O, hadisənin Xəzər dənizi yaxınlığında daha yaxşı müşahidə olunduğunu deyib: “Azərbaycan elmi ekspedisiyası hazırda Günəş tutulmasını müşahidə edir, bizimlə birgə vətəndaşlar da bu nadir hadisəni izləyirlər. Burada qorxulu heç nə yoxdur, sadəcə olaraq, gözəl təbiət hadisəsidir”.
AYGÜN KAZIMOVANIN EFİR GEYİMİ VƏ DAVRANIŞI İLƏ BAĞLI AZƏRBAYCAN MİLLİ TELERADİO ŞURASINA ŞİKAYƏT GÖNDƏRİLİB Davamı...
![]()
![]()
Atatürkün mavzoleyini ziyarət etmək istəməyən İran prezidenti Türkiyəyə səfərinin formatının dəyişdirilməsini tələb edib
![]()
Ankara – APA. İran prezidenti Mahmud Əhmədinejad avqust ayında Türkiyəyə səfər edəcək. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti Abdulla Gülün dəvəti ilə həyata keçiriləcək səfərin dəqiq tarixi qarşılıqlı razılıq əsasında müəyyənləşdiriləcək.
Türkiyənin “Star” televiziyası isə M. Əhmədinejadın Atatürkün Ankaradakı mavzoleyini ziyarət etmək istəmədiyi barədə xəbər yayıb. Telekanal bu səbəblə İran tərəfinin istəyi ilə səfərin rəsmi deyil, işgüzar xarakterli olacağını və İran prezidentinin İstanbula gələcəyini bildirib.
Qeyd edək ki, Türkiyənin sabiq prezidenti Əhməd Nejdət Sezər İrana rəsmi səfər etsə də, səlahiyyət müddətinin sonuna qədər bu ölkə prezidentinə rəsmi dəvət göndərməyib.
HAVA HAQQINDA
Bakı. İlhamə İsabalayeva - APA. Avqust ayının ilk günlərində Azərbaycan ərazisində kəskin isti hava şəraiti gözlənilmir. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, həmin müddətdə temperatur norma daxilində tərəddüd edərək 32-34 dərəcə təşkil edəcək. Bununla belə, ümumilikdə avqustda orta aylıq temperatur normadan 2-3 dərəcə yüksək olacaq. U. Tağıyeva deyib ki, avqust ayı ərzində isti günlər gözlənilir. Gələn ayın bəzi günlərində isə iyul ayının ötən günlərində müşahidə edilən hava şəraiti təkrarlana bilər. Həmin günlərdə Bakı və Abşeron yarımadasında temperaturun 40 dərəcəyə yaxın olacağı gözlənilir. Aran rayonları və Naxçıvan Muxtar Respublikasında isə temperaturun 42-43 dərəcə olacağı proqnozlaşdırılır.
VALYUTA
| Valyuta | Alış | Satış |
| EUR | 1.2581 | 1.2771 |
| RR | 0.0341 | 0.035 |
| USD | 0.8029 | 0.8086 |
İKİ TÜRK ƏSGƏRİ MİNAYA DÜŞƏRƏK ŞƏHİD OLDU
Şırnak – APA. Türkiyənin cənub-şərqindəki Şırnak rayonu ərazisində PKK terrorçularının yola basdırdıqları mina partlayıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 türk əsgəri şəhid olub. Olaydan sonra bölgədə terrorçulara qarşı əməliyyat başlayıb.
ALMANİYADAKI PKK LİDERİNDƏN ŞOK AÇIQLAMA:
"AZƏRBAYCANDAN İRANA QƏDƏR BÜTÜN SƏRHƏD BÖLGƏLƏRİNƏ NƏZARƏT EDİRİK, MƏLUMATLARI İSƏ AMERİKAYA ÖTÜRÜRÜK"
ARDINI OXU...
Davamı...
BAXIŞ SAYI:3 Şərhlər(0)